29
İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağının cənubuna endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın hərbi qanadının snayperi Adi Adli Abdel Asirin öldürüldüyünü açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Ordunun yaydığı məlumatda bildirilib ki, Asir İsrail hərbçilərinə və mülki şəxslərə qarşı bir sıra hücumlarda iştirak edib, həmçinin HƏMAS-ın döyüş qabiliyyətinin bərpası istiqamətində fəaliyyət göstərib.
İsrail tərəfi zərbənin təhlükənin aradan qaldırılması məqsədilə həyata keçirildiyini və hücumdan əvvəl mülki əhali arasında itkilərin qarşısını almaq üçün tədbirlər görüldüyünü bildirib.
