34
İspaniyanın Dövlət Meteorologiya Agentliyinin (AEMET) məlumatına görə, 2026-cı ilin yayı ölkədə ən azı 1869-cu ildən bəri ən isti yay olub.
Ucnoqta.az xəbər verir ki, meteoroloqların araşdırmasına əsasən, yay aylarında orta temperatur İspaniyanın bütün ərazisində normadan yüksək olub. Pireney yarımadasının böyük hissəsində temperatur anomaliyası +1,5–3,5 dərəcə, şimal-şərq bölgələrində isə +3,5–4,5 dərəcə təşkil edib.
Ən isti aylar iyun və iyul olub.
AEMET-in proqnozuna görə, ilin sonunadək İspaniyanın əksər ərazilərində temperaturun normadan yüksək olacağı ehtimalı 70% təşkil edir.///tass
