38
Qazaxıstanın Almatı vilayətində gün ərzində ikinci dəfə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, respublikanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 13:53-də qeydə alınıb. Zəlzələnin ocağı Almatı şəhərindən 254 kilometr cənub-şərqdə, Qazaxıstan ərazisində yerləşib.
