32
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livanda Litani çayının şimalında yerləşən “Hizbullah” mövqelərinə silsilə hava zərbələri endirib.
Ucnoqta.az xəbər verir ki, “Al-Markaziya”nın məlumatına görə, zərbələr Meyfadun və Zautar əş-Şərqiyyə şəhərlərinin ətrafına endirilib. Həmin ərazilərdə daha əvvəl “Hizbullah” bölmələrinin hərəkəti müşahidə edilib.
Şahidlərin sözlərinə görə, səhər saatlarında İsrailin zirehli texnikadan ibarət kolonu Arnundan sözügedən əraziyə doğru hərəkət edib və bölgədə pulemyot atəşlərinin səsləri eşidilib.
