30
Avropa İttifaqı ölkələrinin müdafiə nazirləri ayrı-ayrı dövlətlərin ehtiyatında qalan “Patriot” raketlərinin Ukraynaya verilməsi məsələsində razılığa gələ bilməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, görüş zamanı raketlərin Ukraynaya verilməsi ilə bağlı yeni qərar qəbul edilməyib.
Kallas qeyd edib ki, alternativ variant kimi bəzi Aİ ölkələri ehtiyatlarında qalan raketləri Ukraynaya verə, daha sonra isə Ukraynanın 90 milyard avroluq hərbi maliyyələşdirmə fondu hesabına yeni raketlər əldə edə bilərlər.
