33
Hindistanın Uttar-Pradeş ştatında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 81 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, ştatın Fövqəladə Hallar İdarəsinin məlumatına görə, təbii fəlakət nəticəsində daha 62 nəfər xəsarət alıb.
Üç gün davam edən leysan yağışları ştatın bir sıra rayonlarında 1 000-dən çox evə ziyan vurub. Fəlakətdən zərər çəkən ərazilərdə, o cümlədən ştatın paytaxtı Lakhnau şəhərində məktəblərin fəaliyyəti müvəqqəti dayandırılıb.
Xilasetmə qrupları su basmış ərazilərdə yaşayan sakinlərin təhlükəsiz ərazilərə təxliyəsini həyata keçirir.
