54
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan xaricdən 223,1 min ton meyvə və tərəvəz alıb.
Ucnoqta.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal olunan məhsulların ümumi dəyəri 205,1 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 milyon dollar çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz idxalının ölkənin ümumi idxalındakı payı 1,8 faiz olub.
