Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səud və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Yəməndəki vəziyyət, eləcə də Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçilik təhlükəsizliyi məsələləri müzakirə olunub.
Nazirlər beynəlxalq dəniz marşrutlarında naviqasiyanın təhlükəsizliyinin və gəmiçilik azadlığının təmin edilməsinin vacibliyini vurğulayıblar. Xüsusilə Hörmüz və Bab əl-Məndəb boğazlarının təhlükəsizliyinə diqqət yetirilib.
Tərəflər, həmçinin Ər-Riyad və Vaşinqton arasındakı münasibətlərin mövcud vəziyyətini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər.
Görüşdə regional və beynəlxalq gündəmin son hadisələri, o cümlədən Yəməndəki münaqişə və onun həlli istiqamətində görülən tədbirlər də müzakirə edilib.
