11
Novosibirskdəki Tolmaçyovo hava limanında uçuş-enmə zolağının yaxınlığında icazəsiz traktorun peyda olması səbəbindən üç sərnişin təyyarəsi vaxtında eniş edə bilməyib.
Ucnoqta.az xəbər verir ki, SHOT-un məlumatına görə, hadisə sentyabrın 25-də baş verib. Traktor uçuş-enmə zolağının yaxınlığında ot səpini işləri aparıb.
Nəticədə Ust-Kamenoqorskdan, Surqutdan və Soçidən gələn üç təyyarə enişi dayandıraraq ikinci dövrəyə qalxıb.
Traktorun hava limanında iş aparan subpodratçı şirkətə məxsus olduğu bildirilir. İşlərin görülməsi ilə bağlı uçuşların idarə olunmasına əvvəlcədən məlumat verilməyib.
Hadisə ilə bağlı xidməti araşdırma aparılır.
