26
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketinə təxminən 1,6 min fiziki və hüquqi şəxsin daxil edilməsini planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropanın Politico nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni məhdudiyyətlər paketi Ukrayna münaqişəsinin başlanmasından bəri ən genişmiqyaslı paketlərdən biri olacaq.
Politico yazır ki, Aİ-nin təzyiqləri artırmasına səbəb kimi Moskvanın Avropa İttifaqına qarşı hibrid hücumları fəallaşdırdığına dair iddialar göstərilir.
Sanksiyaların oktyabr ayında Aİ liderlərinin görüşündə təqdim olunacağı gözlənilir.
