28
ABŞ-ın Viskonsin ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.
Məlumata görə, təyyarə Ridisberq şəhəri yaxınlığındakı meşəlik ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində beş böyük və bir uşaq olub.
Qəza baş verməzdən əvvəl pilot 7,3 min metr yüksəklikdə buzlaşma ilə üzləşdiyini hava hərəkətini idarəetmə dispetçerlərinə bildirib və təcili eniş üçün icazə istəyib.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
