32
Finlandiya Avropa İttifaqından (Aİ) sərhədlərin pilotsuz uçuş aparatlarından (PUA) qorunması üçün 32 milyon avro maliyyə dəstəyi alacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiyanın Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Məlumata görə, vəsait ölkənin Sərhəd Mühafizəsi Xidməti tərəfindən dronları aşkarlayan və onlara qarşı mübarizə aparan sistemlərin alınmasına yönəldiləcək.
Yeni sistemlər Finlandiyanın şərq sərhədində və Finlandiya körfəzi üzərində pilotsuz uçuş aparatlarının izlənilməsi imkanlarını genişləndirəcək.
Avadanlıqların satın alınmasının 2027–2029-cu illərdə həyata keçirilməsi planlaşdırılır.
