70
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini 2031-ci ilə qədər imzalamağı və ratifikasiya etməyi qarşısına məqsəd qoyduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə hökumətin iclasında danışıb.
Paşinyan qeyd edib ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası onun iş gündəliyində əsas yer tutur. Onun sözlərinə görə, bu sənəd Ermənistan üçün mühüm mərhələni başa çatdıracaq və yeni mərhələnin başlanğıcını qoyacaq.
Baş nazir qarşıya qoyduğu məqsədə çatmaq üçün bütün ilkin şərtlərin mövcud olduğunu düşündüyünü də vurğulayıb.
