32
İstanbulda əlverişsiz hava şəraitinin fəsadları ilə əlaqədar dövlət və özəl məktəblərdə dərslər oktyabrın 19-dək dayandırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə şəhərin valisi Davut Gül bildirib.
Onun sözlərinə görə, oktyabrın 16-da da məktəblərdə dərs keçirilməyəcək. Cümə, şənbə və bazar günləri bütün məktəb binalarında yoxlamalar aparılacaq ki, tədris prosesi bazar ertəsi təhlükəsiz şəraitdə bərpa olunsun.
Vali bildirib ki, xüsusi qruplar məktəb binalarını, o cümlədən elektrik sızması ehtimalını və güclü yağışların yaratdığı digər fəsadları yoxlayır.
Davut Gül ciddi problemin aşkarlanmadığını qeyd etsə də, uşaqların, müəllimlərin və valideynlərin təhlükəsizliyinin əsas prioritet olduğunu vurğulayıb.
