ABŞ-ın İllinoys ştatında hindu məbədinə ehtimal olunan silahlı hücumun qarşısı alınıb, 19 yaşlı şübhəli saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çikaqo ətrafındakı Palatayn şəhərinin polis idarəsi məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları oktyabrın 11-də mümkün kütləvi atışma ilə bağlı məlumat əldə ediblər. Polisə müraciət edən şəxs 19 yaşlı Aleksandros Paporakisin göndərdiyi narahatedici elektron məktublar barədə məlumat verib. Şübhəlinin sosial şəbəkədə Oроra şəhərindəki hindu məbədinə hücum planının təsvir olunduğu ehtimal edilən sənəd, həmçinin tüfəng, patron və hərbi təchizatın fotolarını paylaşdığı bildirilib.
Həmin gün polis Paporakisi saxlayıb və onun evində axtarış aparıb. Axtarış zamanı tüfəng, yüzlərlə patron və ağ irqin üstünlüyü ideologiyası ilə əlaqəli ekstremist simvolika olan nişan taxılmış gülləkeçirməz jilet aşkarlanıb.
