33
İsrail hərbçiləri Qəzza zolağının cənubunda HƏMAS hərəkatının çəkdiyi 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tunelin daxilində HƏMAS üzvlərinin istifadəsi üçün nəzərdə tutulmuş otaqlar aşkarlanıb.
Ordunun mətbuat xidməti əlavə edib ki, İsrail hərbi bölmələri atəşkəs razılaşmasına uyğun olaraq ərazidə yerləşdirilib və birbaşa təhlükələrin aradan qaldırılması məqsədilə fəaliyyətlərini davam etdirəcəklər.
