31
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistanda keçirdiyi görüş zamanı ərazi mübadiləsi məsələsini müzakirə etdiklərini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, Paşinyan bu barədə keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında anklav və eksklavların aradan qaldırılması ilə bağlı irəli sürdüyü yanaşma çərçivəsində müzakirələr aparılıb.
Paşinyan, həmçinin ərazi mübadiləsi və digər terminlərdən istifadə zamanı diqqətli olmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müzakirə olunan məsələlərin mahiyyətinin düzgün anlaşılması üçün ifadələr dəqiq seçilməlidir.
