40
Rusiya ordusu Ukraynanın Kirovoqrad vilayətinə bir gündə 360-a yaxın pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. Bu, müharibənin başlanmasından bəri bölgəyə edilən ən kütləvi hücumdur.
Ucnoqta.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyası məlumat yayıb.
Bildirilib ki, hücumlar zamanı kritik infrastruktur, nəqliyyat və logistika obyektləri, eləcə də yaşayış evləri hədəfə alınıb.
Ən çox dağıntı və zərər vilayətin inzibati mərkəzi Kropivnitskidə qeydə alınıb.
