42
Səudiyyə Ərəbistanının aviaşirkətləri husilərin hücumları fonunda Ər-Riyad beynəlxalq hava limanından 100-ə yaxın təyyarəni çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti “Flightradar24” monitorinq xidmətinin məlumatlarına istinadən yazıb.
Məlumata görə, bir həftə ərzində Ər-Riyad hava limanında yerdə olan təyyarələrin sayı 134-dən 38-ə düşüb.
Qəzetin əldə etdiyi sığorta şirkətinin daxili hesabatına əsasən, beş təyyarəyə müxtəlif dərəcəli ziyan dəyib, onlardan biri istismardan çıxarılıb. Hava hücumları nəticəsində təyyarələrə dəymiş ümumi zərərin 375 milyon dollar olduğu bildirilir.
