30
Ukrayna Prezidenti Volodimir Zelenski istefa vermək niyyətində olmadığını bildirib və ölkədə prezident seçkilərinin keçirilməsini hazırda mümkünsüz hesab edib.
Ucnoqta.az xəbər verir ki, Zelenski bu barədə britaniyalı teleaparıcı Pirs Morqana müsahibəsində danışıb. Müsahibənin bəzi hissələri aparıcının “X” sosial şəbəkəsindəki hesabında paylaşılıb.
İstefa vermək niyyətində olub-olmadığı barədə suala Zelenski “Əlbəttə, yox. Bu, mənim məsuliyyətimdir” cavabını verib.
Ukraynada prezident seçkilərinin keçirilməsinin mümkünlüyü ilə bağlı suala isə o, “Əlbəttə, yox” deyə cavab verib.
