32
Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri ölkənin cənub-qərbində yerləşən Təiz əyalətində baş verən toqquşmalar zamanı hökumət qüvvələrinin 700-dən çox döyüşçüsünü əsir götürdüklərini bildiriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının Əsirlər Məsələləri Komitəsinin rəhbəri Əbdül Qadir əl-Murtada məlumat verib.
Onun sözlərinə görə, döyüşlər zamanı Təiz cəbhəsində 700-dən çox hərbçi, o cümlədən onlarla hərbi komandir əsir götürülüb.
Husilərin nəzarətində olan SABA agentliyi əl-Murtadanın açıqlamasını yayıb.
