29
Serbiyanın Xarici İşlər Nazirliyi Xorvatiyanın ölkədəki seçki kampaniyasına müdaxiləsi və daxili siyasi vəziyyəti qərəzli işıqlandırması ilə bağlı Zaqrebə etiraz notası göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Politika” qəzeti mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Belqrad Serbiyanın daxili işlərinin birtərəfli və mənfi işıqlandırılmasından, ölkədəki siyasi proseslərin regionun sabitliyinə təhdid kimi təqdim edilməsindən narahatlığını bildirib.
Notada Serbiyanın daxili siyasi proseslərinə hörmət edilməsinin, seçki kampaniyasına kənar təzyiq və müdaxilənin yolverilməzliyinin vacibliyi vurğulanıb.
