31
FİFA prezidenti Canni İnfantinonun ABŞ millisinin hücumçusu Folarin Balogunun diskvalifikasiyasının ləğvi ilə şəxsən məşğul olduğu bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “New York Post” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin dörd mənbəsinin məlumatına görə, İnfantino ABŞ Prezidenti Donald Trampa diskvalifikasiya məsələsini həll edəcəyini bildirib və problemi “bir telefon zəngi ilə” yoluna qoyub.
Balogun dünya çempionatının 1/16 final mərhələsində Bosniya və Herseqovina ilə oyunda (2:0) rəqib müdafiəçi Tarik Muharemoviçə qarşı kobud oyuna görə qırmızı vərəqə alıb. İyulun 5-də FİFA-nın intizam komitəsi onun diskvalifikasiyasını dayandırıb və hücumçu Belçikaya qarşı 1/8 final matçında (1:4) meydana çıxıb.
