28
Almaniya hökuməti “Leopard 2” tankları və “Boxer” zirehli transportyorları istehsal edən Fransa-Almaniya müdafiə konserni KNDS-nin səhmlərinin 50 faizini almaq üçün danışıqlar aparır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Berlin səhmlərin yarısına sahib olan alman ailələri ilə qiymət məsələsində razılığa yaxınlaşıb. Yekun qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.
Almaniyanın İqtisadiyyat Nazirliyi ölkənin Fransayla bərabər paya sahib olmaqla şirkətin kapitalına daxil olmaq imkanını araşdırdığını təsdiqləyib. Məqsəd müdafiə sahəsində əsas milli texnologiyaları qorumaqdır. Səhmlərin satışı ilə bağlı yekun qərar səhmdarlara məxsusdur.
