ABŞ Prezidenti Donald Tramp Qrenlandiyada neft, qaz və digər faydalı qazıntı yataqlarının kəşfiyyatı üzrə genişmiqyaslı işlərə yaxın vaxtlarda başlanacağını bildirib.
Ucnoqta.az bildirir verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
ABŞ liderinin sözlərinə görə, Qrenlandiyada neft, qaz və faydalı qazıntı yataqlarının araşdırılması üçün hazırlıq işləri aparılır. O, bəzi ekspertlərin adada mövcud olan və asanlıqla çıxarıla bilən neft ehtiyatlarının dünyanın əksər bölgələrindəkindən daha çox olduğunu bildirdiyini qeyd edib.
Tramp Qrenlandiyanın ABŞ və Avropanın təhlükəsizliyi baxımından da müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Onun fikrincə, gələcəkdə ABŞ-yə qarşı istənilən hücum Qrenlandiya üzərindən həyata keçirilə bilər.
ABŞ Prezidenti adanın müdafiə sistemlərinin pilotsuz uçuş aparatlarını, raketləri və hətta gələcəkdə hazırlana biləcək yeni silah növlərini zərərsizləşdirmək üçün əlverişli mövqedə olduğunu bildirib.
