26
ABŞ-ın Tayvan üçün istehsal etdiyi altı yeni F-16 qırıcısının oktyabrın sonunadək adaya çatacağı gözlənilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tayvanın müdafiə qurumunun rəhbəri Qu Lisyun açıqlama verib.
Onun sözlərinə görə, ABŞ-dan sifariş edilən 66 ədəd yeni F-16V Block 70 qırıcısından altısı zavod sınaqlarından keçərək istehsal xəttindən çıxıb. Qu Lisyun cari ayın sonunadək yeni təyyarələrin təhvil veriləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, oktyabrın 2-də artıq iki F-16 qırıcısı Tayvana çatdırılıb.
