34
ABŞ-ın hərbi büdcəsinin 1,5 trilyon dollara çatdırılması məsələsi Konqresə aralıq seçkilərdən sonra müzakirə oluna bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri, respublikaçı senator Rocer Uiker Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası milli müdafiə xərclərinin 1,5 trilyon dollardan çox artırılmasını təklif edib. Uiker qeyd edib ki, prezidentin təşəbbüsü dəstəklənərsə və Konqres seçkilərdən sonra razılıq verərsə, hərbi büdcə bu məbləğə çatdırıla bilər.
Qeyd edək ki, Ağ Ev apreldə 2027-ci maliyyə ili üçün ABŞ-ın hərbi büdcəsinin rekord həddə — 1,5 trilyon dollara çatdırılması məqsədilə Konqresə rəsmi müraciət edib.
