Panamada baş verən zəlzələ nəticəsində 6 174 nəfər zərər çəkib. Ölənlərin olmadığı bildirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkə prezidenti Xose Raul Mulino xalqa müraciəti zamanı məlumat verib.
Prezidentin sözlərinə görə, indiyədək 1 744 evə baxış keçirilib. Zəlzələnin vurduğu ziyanın miqyası araşdırılır və zərərçəkənlərlə bağlı məlumatların dəqiqləşdirilməsi davam etdirilir.
Hazırda hökumət əhaliyə ərzaq və içməli suyun çatdırılmasını, yolların və körpülərin bərpasını, eləcə də elektrik enerjisinin verilməsini təmin edir.
Mulino zərərçəkənlərə yardım göstərilməsi üçün lazımi vəsaitlərin ayrılacağını vurğulayıb. O, həmçinin zədələnmiş evlərin təmiri üçün tikinti materiallarının göndəriləcəyini, yeni yaşayış evlərinin inşası məqsədilə yerli podratçıların cəlb olunacağını bildirib.
