27
Hüdeydə əyalətində husilərə məxsus obyektlərə silsilə hava zərbələri endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” və “Al Jazeera” telekanalları məlumat yayıb.
“Al Arabiya”nın Əl-Hüdeydədəki mənbələrə istinadən verdiyi məlumata görə, əyalətin şərqində yerləşən Bəcildə husilərin hərbi məqsədlər üçün istifadə etdiyi neft təchizatı anbarları bombalanıb.
“Al Jazeera” isə Yəmən mənbələrinə istinadən hava zərbələrinin Əl-Hüdeydə əyalətindəki Ras-İsa rayonuna da endirildiyini bildirib.
