32
Belarus silahlı qüvvələrinin hazırlıq səviyyəsinin yoxlanılması qonşu ölkələrə hücum məqsədi daşımır. Bunu ölkə prezidenti Aleksandr Lukaşenko təhlükəsizlik qurumlarının nümayəndələri ilə keçirdiyi müşavirədə bildirib.
Ucnoqta.az xəbər verir ki, Lukaşenko Belarusun müharibəyə hazırlaşmaqda məqsədinin onun qarşısını almaq olduğunu deyib.
“Biz müharibəyə hazırlaşırıq ki, onun qarşısını alaq. Heç kimə hücum etmək niyyətimiz yoxdur”, – deyə Belarus lideri bildirib.
O, son vaxtlar Qərb mediasında Rusiyanın Belarus ərazisindən istifadə etməklə Baltikyanı ölkələrə və Polşaya hücum edə biləcəyi ilə bağlı yayılan məlumatları da tənqid edib.
