28
ABŞ-ın Meksika ilə cənub sərhədində qanunsuz keçidlərə görə saxlanılan miqrantların sayı 2023-cü illə müqayisədə təxminən 95 faiz azalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Breitbart News” ABŞ Sərhəd Patrul Xidmətinin məlumatlarına istinadən yazıb.
Məlumata görə, sentyabr ayında sərhəddə təxminən 8,9 min qanunsuz miqrant saxlanılıb. Sentyabrın 30-da başa çatan 2026-cı maliyyə ili ərzində isə saxlanılanların ümumi sayı 137 min nəfər olub. Bu göstərici qanunsuz sərhəd keçidlərinin pik həddə çatdığı 2023-cü illə müqayisədə təxminən 95 faiz azdır. Həmin il sərhədçilər təxminən 2,5 milyon nəfəri saxlamışdılar.
