Səudiyyə Ərəbistanı husilərin hücumları zamanı hava hücumundan müdafiə (HHM) sisteminin aşağı effektivliyinin səbəblərini araşdırmağa başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) mənbələrə istinadən məlumat yayıb.
Araşdırma Ər-Riyad hava limanına husilərin bir neçə hücumu zamanı azı 12 nəfərin həlak olması ilə bağlıdır. Hakimiyyət orqanları ölkənin malik olduğu zenit-raket komplekslərinin hücumların qarşısını niyə lazımi səviyyədə ala bilmədiyini müəyyənləşdirməyə çalışır.
İlkin məlumata görə, husilər əsas raket hücumlarından əvvəl bir neçə dalğa ilə pilotsuz uçuş aparatları göndərərək HHM sistemini yükləyiblər. Bundan başqa, istifadə olunan raketlərin uçuş trayektoriyasını dəyişmək qabiliyyəti hücumların qarşısının alınmasını çətinləşdirib.
Bununla belə, bu amillər müdafiə sisteminin zəif fəaliyyətini tam izah etmir. Səudiyyə Ərəbistanı hakimiyyəti raket təhlükəsi barədə xəbərdarlıq sistemlərinin də gec işə düşdüyünü qeydə alıb.
