33
İsveçrənin Swiss aviaşirkətinə məxsus sərnişin təyyarəsi sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən Almaniyanın Hamburq şəhərində təcili eniş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Tages-Anzeiger” qəzeti məlumat yayıb.
Məlumata görə, Stokholmdan Sürixə uçan təyyarənin ekipajı enişin mümkün qədər tez həyata keçirilməsi üçün həyəcan siqnalı verib.
Təyyarənin göyərtəsində 156 sərnişin olub. Hamburqda yanacaq doldurulduqdan sonra səhhəti pisləşən sərnişin həkimlərə təhvil verilib.
