32
Böyük Britaniyanın nümayəndələri İsrail hakimiyyətinin qərarı ilə Qəzzaya yardım üzrə Beynəlxalq Koordinasiya Mərkəzini tərk ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al-Monitor” portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İsrailin bu addımı Londonun tətbiq etdiyi sanksiyalara cavab olaraq atılıb.
Sentyabrın əvvəlində Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend İordan çayının qərb sahilində salınmış yəhudi yaşayış məntəqələrindən məhsulların idxalına qadağa qoyulduğunu açıqlayıb.
Buna cavab olaraq İsrail hakimiyyəti Qüdsdəki Britaniya konsulluğunu bağlamaq və Britaniya nümayəndələrini Qəzzaya yardım üzrə Beynəlxalq Koordinasiya Mərkəzindən çıxarmaq qərarına gəlib.
