Çərşənbə axşamı, Oktyabr 13 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRSİYASƏTYAP AKP-yə etiraz etdi
SİYASƏT

YAP AKP-yə etiraz etdi

tərəfindən admin 13.10.2026 / 14:18
13.10.2026 / 14:18
A+A-
Sıfırla
31

Yeni Azərbaycan Partiyası Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə bağlı açıqlama yayıb.

Ucnoqta.az xəbər verir ki, YAP Mətbuat xidmətinin yaydığı açıqlamada qeyd edilib ki, uzun müddətdir, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edilir.

“Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında mövcud olan tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqlarını birləşdirən tarixi qardaşlıq və dostluq bağlarını nəzərə alaraq, indiyədək bu cür hallara münasibətdə təmkin nümayiş etdirmişik. Məqsədimiz ayrı-ayrı dairələrin məsuliyyətsiz davranışlarının dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərə mənfi təsir göstərməsinə imkan verməmək olmuşdur.

Lakin son dövrlərdə Azərbaycana qarşı yönəlmiş bu informasiya kampaniyasının daha aqressiv, sistemli və açıq böhtan xarakteri alması, xüsusilə də Türkiyə Prezidentinin baş müşaviri statusunu daşıyan şəxsin, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin belə bir kampaniyaya qoşulması məsələyə açıq münasibət bildirməyimizi zəruri edir.

İlk növbədə, Azərbaycan–İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması, bu əlaqələrə guya müstəsna xarakter verilməsi və bundan Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdlərini qətiyyətlə rədd edirik. Azərbaycan Respublikası İsraillə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan normal dövlətlərarası münasibətlərə malikdir.

Azərbaycanın Fələstin məsələsində mövqeyi isə ardıcıl, aydın və prinsipialdır. Ölkəmiz Fələstin xalqının qanuni hüquqlarını daim dəstəkləmiş, Fələstinə maliyyə və humanitar yardımlar göstərmişdir. Fələstin Prezidenti Mahmud Abbas və Baş nazir Məhəmməd Mustafa müxtəlif vaxtlarda Azərbaycanda səfərdə olmuşlar. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə təmin olunur.

Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalardan bəyan etmişdir ki, Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə “iki dövlət” prinsipi əsasında həllini dəstəkləyir. Azərbaycanın Qəzzada baş verən hadisələrlə bağlı mövqeyi də humanitar dəyərlərə, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslanır.

Azərbaycanın İslam dünyası ilə münasibətləri də hər hansı siyasi konyunkturadan deyil, qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərindən qaynaqlanır. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr müsəlman dövlətləri tərəfindən yüksək qiymətləndirilir. 2027-ci ildə Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşünün keçirilməsinin nəzərdə tutulması da ölkəmizə göstərilən beynəlxalq etimadın ifadəsidir.

Bu xüsusda xatırlatmaq istərdik ki, İslamın təməl prinsipləri sırasında ədalət, bərabərlik, qarşılıqlı hörmət və həmrəylik mühüm yer tutur. İslam dünyasında heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək, onların daxili işlərinə müdaxilə etmək və ya özünü digərlərindən üstün mövqedə görmək hüququ yoxdur. Müsəlman dünyasının birliyinə xidmət etmək iddiası hegemonluq meyilləri ilə deyil, bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı ehtiramla təsdiq olunmalıdır.

Azərbaycan xalqı tarixən imperializmə, müstəmləkəçiliyə və neokolonial yanaşmalara qarşı çıxmışdır. Bu prinsipial mövqe bu gün də dəyişməz olaraq qalır.

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın, hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkillərinin məsələnin mahiyyətini, Azərbaycanın konstitusion quruluşunu və ölkəmizdə dini etiqad azadlığının hüquqi əsaslarını nəzərə almadan populist və məsuliyyətsiz açıqlama verməsi ciddi təəssüf doğurur. Belə açıqlamalar Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin ruhuna ziddir və ictimai müstəvidə süni gərginlik yaratmağa xidmət edə bilər.

Azərbaycan xalqı öz milli-mənəvi və dini dəyərlərinə tarix boyu böyük hörmətlə yanaşmışdır. Ölkəmizdə dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Azərbaycan dövləti bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərir və dini müxtəlifliyi cəmiyyətimizin zənginliyi hesab edir.

Təhsil sahəsində tətbiq olunan qaydalar isə bərabərlik, dünyəvilik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların təmin edilməsi prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan dünyəvi dövlətdir. Bu prinsip Türkiyə Respublikasının Konstitusiyasında da təsbit olunmuşdur. Buna görə də Azərbaycanın dünyəvi dövlət quruluşunun və təhsil siyasətinin siyasi manipulyasiya predmetinə çevrilməsi qəbuledilməzdir.

Türkiyənin özündə dini və dünyəvi dəyərlər ətrafında aparılan siyasi müzakirələr cəmiyyətdə qütbləşməni dərinləşdirir. Hesab edirik ki, baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə edilməsi nə Türkiyə xalqının birliyinə, nə də ümumilikdə müsəlman dünyasının həmrəyliyinə xidmət edir. Bu qəbildən olan məsələlərdən Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə olunması isə xüsusilə yolverilməzdir. AKP iqtidarını bu zərərli siyasətdən çəkinməyə çağırırıq.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəxsiyyətinə qarşı ayrı-ayrı informasiya resurslarında səsləndirilən təhqir, böhtan və iftira xarakterli fikirlər də Azərbaycan ictimaiyyətində haqlı hiddət doğurur.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi Azərbaycan–Türkiyə münasibətlərinin mənəvi və siyasi təməlini təşkil edir. Lakin bu tarixi ifadənin mahiyyətinin təhrif edilməsinə yol vermək olmaz. Burada söhbət məhz bir millətdən və iki müstəqil dövlətdən gedir. Bu prinsip heç bir halda bir dövlətin digərinin daxili işlərinə müdaxilə etməsinə, öz siyasi və ideoloji yanaşmalarını digərinə qəbul etdirməsinə əsas vermir.

Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış, öz dövlətçiliyini bərpa etmiş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil daxili və xarici siyasət həyata keçirən suveren dövlətdə yaşayır.

Yeni Azərbaycan Partiyası hesab edir ki, Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, xüsusilə də yüksək dövlət vəzifələri daşıyan şəxslər açıqlamalarında siyasi məsuliyyət nümayiş etdirməli, Azərbaycan Respublikasının suverenliyinə, konstitusion quruluşuna və daxili işlərinə hörmətlə yanaşmalıdırlar.

Ümid edirik ki, Türkiyənin müvafiq siyasi dairələri bu cür məsuliyyətsiz açıqlamalardan düzgün nəticə çıxaracaq, Azərbaycan–Türkiyə münasibətlərinə zərər verə biləcək addımlardan çəkinəcəklər”, – deyə açıqlamada qeyd edilib.

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb
Sonrakı yazı
Əliyar Ağayev beynəlxalq oyuna təyinat alıb

Digər yazılar

İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub

13.10.2026 / 11:43

İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib – FOTO

12.10.2026 / 17:17

Azərbaycan Prezidenti və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər (YENİLƏNİB)

12.10.2026 / 14:42

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10.10.2026 / 14:33

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım

09.10.2026 / 20:35

İlham Əliyev Məsud Pezeşkianla görüşüb

09.10.2026 / 14:36

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış edib

09.10.2026 / 13:48

MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirildi

09.10.2026 / 13:00

Trampın Nobel Sülh Mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik – İlham Əliyev

09.10.2026 / 09:01

XƏBƏR LENTİ

  • İrandan narkotik keçirtmək cəhdinin qarşısı alınıb

    13.10.2026 / 15:09
  • Tacikistanda 4,5 maqnitudalı zəlzələ baş verdi

    13.10.2026 / 14:54
  • Milli Məclisin növbəti iclasının tarixi açıqlandı

    13.10.2026 / 14:47
  • Niderlandda terror hücumu planlaşdıran 20 yaşlı gənc saxlanıldı

    13.10.2026 / 14:41
  • Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

    13.10.2026 / 14:34
  • ABŞ-ın hərbi büdcəsi 1,5 trilyon dollara çatdırıla bilər – TARİX AÇIQLANDI

    13.10.2026 / 14:32
  • Əliyar Ağayev beynəlxalq oyuna təyinat alıb

    13.10.2026 / 14:22
  • YAP AKP-yə etiraz etdi

    13.10.2026 / 14:18
  • Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

    13.10.2026 / 13:56
  • “Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun”

    13.10.2026 / 13:13
  • “Biz müharibəyə hazırlaşırıq ki, …” – Lukaşenko

    13.10.2026 / 13:10
  • Britaniya nümayəndələri İsrailin Qəzzaya yardım mərkəzini tərk edib

    13.10.2026 / 13:06
  • Nazirlər Kabineti sudan ödənişli istifadə Qaydaları ilə bağlı qərar verdi

    13.10.2026 / 13:00
  • Sabah 29° isti olacaq

    13.10.2026 / 12:57
  • Sərnişinin səhhəti pisləşdi: Təyyarə məcburi eniş etdi

    13.10.2026 / 12:45
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub

13.10.2026 / 11:43

İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib – FOTO

12.10.2026 / 17:17

Azərbaycan Prezidenti və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər (YENİLƏNİB)

12.10.2026 / 14:42

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10.10.2026 / 14:33

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım

09.10.2026 / 20:35