28
“Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 124 kq olan narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Ucnoqta.az xəbər verir ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində oktyabrın 11-də dövlət 75 kiloqram 515 qram, oktyabrın 12-də isə 49 kiloqram 450 qram narkotik vasitə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
