36
Niderlandda terror aktı hazırlamaqda şübhəli bilinən 20 yaşlı şəxs saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Cənubi Niderland əyalətinin Kapelle-an-den-Eysel şəhərinin sakini oktyabrın 5-də saxlanılıb. İstintaqın maraqları nəzərə alınaraq, hadisənin təfərrüatları ictimaiyyətə dərhal açıqlanmayıb.
Bildirilib ki, şübhəli saxlanılmasından bir qədər əvvəl mümkün qədər çox insanın həlak olacağı hücum həyata keçirmək niyyətində olduğunu ifadə edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları onun yaşadığı evdə axtarış aparıblar. Axtarış zamanı bir neçə informasiya daşıyıcısı, qılınc, iki bıçaq və pnevmatik silah götürülüb.
