34
Hindistanın “IndiGo” aviaşirkətinə məxsus təyyarədə sərnişinin enerji yığan cihazı (powerbank) alışıb.
Ucnoqta.az xəbər verir ki, hadisə Dehli–Çennai marşrutu üzrə uçan “Airbus A321neo” təyyarəsində baş verib.
Sərnişinlərdən birinin əl yükündə gətirdiyi powerbank salonun baqaj bölməsində alışıb. Alov bortdakı yanğınsöndürən vasitəsilə qısa müddətdə söndürülüb.
Buna baxmayaraq, təyyarənin kapitanı ehtiyat hava limanına enmək qərarı verib. Təyyarə Heydərabad şəhərində uğurlu eniş edib.
