29
Hörmüz boğazında neft daşıyan supertanker minaya düşərək partlayıb
Ucnoqta.az xəbər verir ki, bu barədə ISNA agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.
İran hərbçilərinin iddiasına görə, tanker naviqasiya və mövqeləndirmə sistemlərini söndürdükdən sonra minaya düşərək partlayıb.
SEPAH hadisə ilə bağlı açıqlamasında Hörmüz boğazında təhlükəsizlik qaydalarını pozan gəmilərin ciddi risklə üzləşəcəyini bildirib.
