34
Günəşdə M1.2 sinifli alışma qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan TASS-a məlumat verilib.
Məlumata görə, oktyabrın 10-da Günəşin 4549 nömrəli ləkələr qrupunda rentgen diapazonunda M1.2 sinifli alışma baş verib. Hadisə 32 dəqiqə davam edib.
Bildirilib ki, son bir həftə ərzində Günəşdə M sinfinə aid beş alışma qeydə alınıb.
Qeyd edək ki, Günəş alışmaları gücünə görə A, B, C, M və X siniflərinə bölünür. M sinfi güclü alışmaları əhatə edir və belə hadisələr Yerə yaxın kosmik mühitə, eləcə də radioəlaqəyə təsir göstərə bilər.
