Portuqaliya Futbol Federasiyası (FPF) Kriştiano Ronaldunu milli komandadan müvəqqəti kənarlaşdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə beynəlxalq mətbuat məlumat yayıb.
Qərar 41 yaşlı hücumçunun komandanın düşərgəsini icazəsiz tərk etməsi ilə bağlıdır. Hadisə Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuşla futbolçu arasında yaranan fikir ayrılığından sonra baş verib.
Məlumata görə, Ronaldo Norveçlə oyunda ehtiyat oyunçular skamyasında qalıb və meydana çıxmayıb. Bundan sonra futbolçu Danimarka ilə matç öncəsi milli komandanın düşərgəsini tərk edib.
Portuqaliya Futbol Federasiyası hadisə ilə bağlı intizam araşdırmasına başlayıb. Ronaldunun cəzalandırılma müddəti hələ müəyyənləşdirilməyib. Mətbuatda futbolçunun altı ayadək diskvalifikasiya oluna biləcəyi bildirilir.
Qeyd edək ki, Ronaldo baş verənlərə görə komanda yoldaşlarından üzr istəyib və mümkün cəzanı qəbul etməyə hazır olduğunu açıqlayıb. O, həmçinin milli komandada çıxışını başa vurmaq niyyətində olmadığını bildirib.
