Jezuş Ronaldunu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
Portuqaliya millisinin baş məşqçisi Jorge Jezuş beşqat “Qızıl top” sahibi Kriştianu Ronaldunu yenidən milli komandaya dəvət etməyə hazır olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, mütəxəssisin şərhini “A Bola” qəzeti yayıb.
“Nə baş verəcəyini bilmirəm, mənim üçün hər şey açıqdır. Milli komandaya çağırılana qədər həyatının necə davam edəcəyinə o özü qərar verməlidir. Əgər oynayırsa və milli komandada olmaq istəyirsə, istədiyi vaxt geri qayıda bilər. Niyə də olmasın? Bu, anlaşılmazlıq idi və məncə, onu asanlıqla həll etmək olar. Bildiyim qədər, hər şey qaydasındadır. Bunun nə vaxt həll olunacağını bilmirəm, baxarıq. Norveçlə Millətlər Liqasındakı oyun indicə başa çatıb” – Jezuş deyib.
