31
Konqo Demokratik Respublikasında (KDR) Konqo çayında iki gəmi toqquşub.
Ucnoqta.az xəbər verir ki, “Okapi” radiosunun məlumatına görə, hadisə oktyabrın 3-dən 4-nə keçən gecə Ekvator əyalətinin Nqombe-Lukolela yaşayış məntəqəsi yaxınlığında baş verib.
Sərnişinlərlə dolu olan iki gəmi hələlik müəyyən edilməyən səbəbdən toqquşaraq çaya aşıb. Hadisə nəticəsində ölənlərin olduğu bildirilir, lakin onların dəqiq sayı açıqlanmayıb.
İlkin məlumata görə, təxminən 30 nəfər xilas edilib, bəzi sərnişinlər isə itkin düşmüş hesab olunur.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Ölən və yaralananların sayı ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.
