93
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsi Kanada hava məkanında olarkən həyəcan siqnalı verib.
Ucnoqta.az xəbər verir ki, TASS-ın aviadispetçer xidmətlərindəki mənbəyə istinadən yaydığı məlumata görə, Lockheed C-130 Hercules təyyarəsi Müqəddəs Lavrentiya körfəzi sahilləri yaxınlığında uçarkən fövqəladə siqnal göndərib.
Bildirilib ki, təyyarə Reykyavikdən uçub və siqnal verilənədək, o cümlədən Atlantik okeanı üzərində müəyyən edilmiş marşrut üzrə normal hərəkət edib.
Mənbənin sözlərinə görə, 1994-cü ildə istismara verilən təyyarə hazırda enişə hazırlaşır və yaxınlıqdakı aerodromlardan birinə enməsi gözlənilir. Həyəcan siqnalının səbəbi açıqlanmayıb.
