32
İsrail hüquq-mühafizə orqanları Flydubai təyyarəsi ilə bağlı insident üzrə Səudiyyə Ərəbistanından tələb olunan bütün məlumatları əldə edə bilmir.
Ucnoqta.az xəbər verir ki, Reuters-in İsrail mənbələrinə istinadən yaydığı məlumata görə, ölkənin xüsusi xidmət orqanları hadisə ilə bağlı öz araşdırmasına başlayıb.
Səudiyyə Ərəbistanı daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüquq-mühafizə orqanları ilə birlikdə insident üzrə ilkin araşdırma apardığını açıqlamışdı.
İsrail hökumətinin nümayəndəsi David Menser Fox News-a bildirib ki, təyyarənin pilotları BƏƏ-yə çatdırıldıqdan sonra İsrail hüquq-mühafizə orqanlarının Əmirliklərdəki istintaq qrupuna qoşulması və hadisə barədə daha ətraflı məlumat əldə etməsi mümkün ola bilər.
