37
İran zərbələrə məruz qalmış nüvə obyektlərinə beynəlxalq müfəttişlərin girişini bərpa etməyə hazır olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Tehran bunun müqabilində İrana qarşı sanksiyaların yumşaldılmasını tələb edir. Məlumata əsasən, İranın xarici işlər naziri Abbas Əraqçi bu məsələni Nyu-Yorkda keçirilən qapalı görüşlərdə Avropa və Yaxın Şərq diplomatları ilə müzakirə edib.
Nəşr qeyd edir ki, müfəttişlərin nüvə obyektlərinə girişinə icazə verilməsi Tehranın güzəşti kimi qiymətləndirilə və ABŞ-la danışıqlarda yaranmış dalanın aradan qaldırılmasına kömək edə bilər.
