24
ABŞ Pentaqonu Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmağa hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, “The Wall Street Journal”ın ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bölgəyə əlavə olaraq 9-10 minə yaxın hərbçi göndəriləcək.
Məlumata əsasən, regiona üçüncü aviadaşıyıcı zərbə qrupu, əlavə hərbi gəmilər, qırıcı təyyarələr və dəniz piyadaları göndəriləcək. Hərbi qüvvələrin noyabrın sonunadək bölgəyə çatması gözlənilir.
Nəşr ABŞ prezidenti Donald Trampın aralıq seçkilərdən sonra İrana qarşı zərbələri yenidən bərpa etmək imkanını nəzərdən keçirdiyini də yazıb.
“Theodore Roosevelt” aviadaşıyıcısı planlı yerləşdirmə çərçivəsində sentyabrın 27-də San-Dieqodan yola düşüb. “Makin Island” amfibiya qrupu isə sentyabrın 28-də dənizə çıxıb.
