26
Ermənistanda müqavilə əsasında xidmət edən hərbçi vəfat edib.
Ucnoqta.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi “Pastinfo”ya faktı təsdiqləyib. Nazirlik bildirib ki, hərbçinin ölümü birbaşa hərbi xidmətlə bağlı olmayıb və bu səbəbdən hadisə ilə bağlı rəsmi açıqlama yayılmayıb.
Müdafiə Nazirliyindən həmçinin qeyd edilib ki, hərbçinin ölümü bu gün mətbuatda xəbərləri yayılan Sisian hərbi hissəsi ilə əlaqəli deyil.
