33
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan təyyarə Flydubai reysinin israilli sərnişinlərini təxliyə etmək üçün Səudiyyə Ərəbistanına enib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti məlumat yayıb.
Məlumata görə, daha əvvəl Ər-Riyad İsrail təyyarələrinin ölkəyə enməsinə icazə verməyib. Ynet portalının məlumatına görə isə Səudiyyə Ərəbistanına daha bir Flydubai təyyarəsi enib və onun israilli sərnişinləri İsrailə aparmaq üçün təxliyə reysi həyata keçirəcəyi bildirilir.
