26
ABŞ və müttəfiqləri İraqda “Sarsılmaz Qətiyyət” (“Inherent Resolve”) əməliyyatını rəsmi olaraq başa çatdırıb.
Ucnoqta.az xəbər verir ki, Pentaqonun açıqlamasında bildirilib ki, koalisiya qüvvələrinin Ərbil aviabazasından şəxsi heyət və hərbi texnikanı mərhələli şəkildə çıxarması İraqda “İslam Dövləti” (İŞİD) qruplaşmasının məğlub edilməsinə yönəlmiş hərbi missiyanın başa çatdığını göstərir.
ABŞ tərəfi İraq və İraq Kürdüstanının bundan sonra ölkədə təhlükəsizliyi müstəqil şəkildə təmin edə biləcəyini və İŞİD-in qalıqlarını zərərsizləşdirə biləcəyini gözləyir.
Bununla belə, Vaşinqton İraq tərəfinə dəstəyi davam etdirəcəyini açıqlayıb. Məqsəd İŞİD-in yenidən təşkilatlanmasının və fəaliyyətini bərpa etməsinin qarşısını almaqdır.
